QR CodeQR Code

Rusiya və İran arasında anlaşma

6 Jan 2012 23:00

IslamTimes - Dmitri Medvedyev İran prezidenti ilə ünsiyyəti və bu danışıqda İranın nüvə proqramının inamla davam etdirilməsi barədə razılığı yüksək dəyərləndirib.


"IslamTimes" "Infox.ru" saytına istinadən xəbər verir ki, bu gün Rusiya prezidenti Dmitri Medvedyevlə İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad arasında telefon bağlantısı baş tutub. Kremlin mətbuat xidməti xəbər verir: Dmitri Medvedyev İran prezidenti ilə ünsiyyəti və bu danışıqda İranın nüvə proqramının inamla davam etdirilməsi barədə razılığı yüksək dəyərləndirib.

Mətbuat xidmətinin məlumatında bildirilib ki, Medvedev və Əhmədinejad Yaxın Şərqdə problemlərin həllini Suriyadakı vəziyyətlə birbaşa əlaqəli sayırlar. Prezidentlər düşünür ki, Suriyadakı gərginlik maraqlı tərəflərin razılaşması, siyasi yollarla aradan qaldırılmalıdır. Tərəflər BMT çərçivəsində problemlərin həllini mümkün sayıblar.


Story Code: 128155

News Link :
https://www.islamtimes.org/az/news/128155/rusiya-və-iran-arasında-anlaşma

Islam Times
  https://www.islamtimes.org