0
Saturday 7 January 2012 - 00:16

İrana qarşı sanksiyaları kim icra edəcək?!

Story Code : 128176
İrana qarşı sanksiyaları kim icra edəcək?!
İrana qarşı sanksiyaları kim icra edəcək?!
İran Mərkəzi Bankı və neftinə qarşı sanksiyalara qoşulan əksər ölkələr Ağ Ev qarşısında şərt qoyub ki, həmin ölkə istisna olaraq İranla alış-verişi davam etdirməlidir. Beləcə ABŞ-ın İrana qarşı sanksiyaları dalana dirənib.

ABŞ prezidenti Barak Obama 2011-ci il, dekabrın 31-də İran Mərkəzi Bankına qarşı Konqresin sanksiya qanununu imzalayıb. Bu qanun 6 aydan sonra icra olunmalıdır. ABŞ dövlətinə ixtiyar verilir ki, sanksiyalara münasibətdə istədiyi dövləti istisna etsin.
ABŞ seçkilər astanasındadır. Dünya bazarında neftin bahalaşması ABŞ iqtisadiyyatını çökdürə
bilər. Bu səbəbdən Konqres sanksiyalar paketini həyata keçirməyə maraq göstərmir. ABŞ-ın o biri müttəfiqləri də ayrı-ayrılıqda Ağ Evdən tələb edir ki, sanksiyalar ona aid edilməsin.

Sanksiyalar paketinin icrasına qarşı ilk etiraz Yaponiyadan gəlib. Yaponiya xarici işlər naziri Koigiro Gemba neftin bahalaşması ehtimalını önə çəkərək qarşıdakı problemlərdən danışıb. Yaponiyalı nazirin fikrincə neftin bir bareli 200 dollara qalxa bilər. Yaponiya sanksiyaların necə icra olunacağı ilə bağlı nigarançılığını bildirir. Nazir deyib: Əgər İrandan xam neft ixracı dayansa, dünya
iqtisadiyyatına böyük zərbə dəyəcək. Nazir ABŞ xarici işlər naziri Hillari Klintonla müştərək mətbuat konfransında bu mövqeyini açıqlayıb. Yaponiya İran xam neftinin ən əsas müştərilərindəndir.

İkinci etiraz Hindistandan gəlib. Dehli hökuməti elan edib ki, İrandan alacağı neftin pulunu Rusiya vasitəsi ilə ödəməyi planlaşdırır. Beləcə Hindistan İran xam neftindən imtina etmək fikrində deyil.

İstisna hüququ istəyən 3-cü ölkə İtaliyadır. İtaliyanın baş naziri Mariyo Monetti milad bayramı öncəsi mətbuat konfransında bildirib ki, sanksiya İtaliyaya aid edilməsə
bu ölkə sanksiyaları dəstəkləyəcək.

ABŞ-dan istisna alan digər bir ölkə Türkiyədir. Reuters xəbər verir ki, Türkiyənin enerji naziri Taner Yıldız İranla neft alış-verişinin davam etdiriləcəyini bəyan edib. O deyib: İran Mərkəzi Bankı ilə müamilə edən şirkətlərə qarşı ABŞ-ın sanksiyaları qüvvəyə minsə belə Türkiyə şirkətləri İran neftindən imtina etməyəcək.

Türkiyə səlahiyyətlilərindən biri məsələyə belə münasibət açıqlayıb: Türkiyənin İrandan neft alan ən böyük şirkəti üçün Ağ Evdən istisna hüququ alınacaq.

Ən
böyük etiraz Cənubi Koreyadan gəlib. Koreya nəinki İran neftindən imtina etməyəcək, hətta İrandan neft idxalını artıracaq. Koreya hökuməti bildirib ki, bu ölkənin neft emalı zavodları dünya neftini idxal edənlər arasında 5-ci yeri tutur. Onlar ötən ilki 190 min barel əvəzinə İrandan 200 min barel neft almağı planlaşdırır.
Bütün bu etirazlarla yanaşı Rusiya və Çin yeni sanksiyaların reallaşmayacağını düşünür.

Ötən günlərdə Çin xarici işlər nazirinin mətbuat katibi ABŞ-ın İrana qarşı sanksiyalarına belə münasibət açıqlayıb: Çin
buna müxalifdir. Milli mənafelər beynəlxalq mənafeləri üstələyə bilməz və hər hansı bir ölkəyə qarşı birtərəfli sanksiya qəbuledilməzdir. Çinin İranla iqtisadi əlaqələri heç bir qətnaməyə zidd deyil.

Rusiya da ötən həftə elan edib ki, İrana qarşı sanksiyaların ona heç bir aidiyyatı yoxdur. Mütəxəssislər düşünür ki, İran nefti və bankına qarşı sanksiyalara bir bu qədər dövlət qoşulmayacağı halda neftin qiyməti qalxacaq və İran xam neftdən daha böyük qazanc götürəcək. 

IslamTimes - Tərcümə şöbəsi
Comment