QR CodeQR Code

SİONİSTLƏR HƏZRƏT İBRAHİM (Ə) MƏSCİDİNİ QEYRİ-YƏHUDİLƏRİN ÜZÜNƏ BAĞLAYIRLAR

Dəyərlər AİN , 7 Oct 2009 19:34

Sionist rejimi, Əl-Xəlildə olan Həzrət İbrahim (ə) məscidini iki günlük tətil bəhanəsi ilə müsəlmanların üzünə bağladılar.


Əl-Xəlilin dini işlər və vəqflər üzrə idarənin müdiri Zeyd Əlcəfəri deyir: Sionist qüvvələri cümə günündən başlayaraq, məscidə qeyri yəhudilərin girməyinə icazə vermirlər və buranı çərşənbə axşamına qədər ancaq yəhudilərə aid etmişdilər.

Həzrəti İbrahim (ə) məscidi müsəlmanlarım məscidi olduğu kimi, Həzrət İbrahimin (ə) məqbərəsinin burada olmağı səbəbindən Həzrət Süleymanın (ə) məqbərəsindən sonra yəhudilərin ikinci müqəddəs yeri kimi tanınmışdır, həmçinin xristianların da ehtiram etdikləri yerdir. Bu məscid 1000 illik keçmişi ilə Beytul-Müqəddəsdə olan Məscidul-Əqsadan sonra müsəlmanların Fələstindəki ikinci müqəddəs yerləridir.

Bu məscid 1994-cü ildə müsəlmanların qətliamından sonra ki, 29 nəfərin həlak olmasına və 159 nəfərin yaralanmasına səbəb olmuşdu, sionistlər tərəfindən iki yerə bölünərək, bir tərəfi müsəlmanların və o biri tərəfi də yəhudilərin olmuşdur. O zamandan bu yana sionistlər dəfələrlə müsəlmanların hüququna təcavüz etmiş və tətil bəhanəsi ilə məscidi müsəlmanların üzünə bağlamışdılar. Həmçinin əsr və şam namazlarında azan deyilməsi də qadağan edilmişdir. Radikal sionistlər bu məscidə hörmətsizlik edir və namaz qılan müsəlmanları məsxərəyə qoyurlar.

Bu sionistlər elan edirlər ki, onlar çalışacaqlar ki, bu məscid müsəlmanların üzünə bağlanaraq, yəhudilərin ibadət yerinə çevrilsin.


Story Code: 12823

News Link :
https://www.islamtimes.org/az/news/12823/sionistlər-həzrət-ibrahim-ə-məscidini-qeyri-yəhudilərin-üzünə-bağlayirlar

Islam Times
  https://www.islamtimes.org