0
Sunday 8 January 2012 - 08:49

Əlcəzairin baş naziri dolayı yolla soyqrımı təsdiqlədi

Story Code : 128466
Türkiyə - Əlcəzair
Türkiyə - Əlcəzair
Əlcəzairin Baş naziri Əhməd Uyahya Fransa ilə “erməni soyqırım”-ı ilə bağlı münasibətlərində Türkiyəni Əlcəzair tarixini gündəmə gətirməməyə çağırıb. Amma Əhməd Uyahya “Heç kimin əlcəzairlilərin qanından faydalanmağa haqqı yoxdur” deməklə fransızların soyqrım törətməsini dolayı yolla təsdiqləyib.

Baş nazir Əhməd Uyahya jurnalistlərə verdiyi şərhdə Türkiyədəki dostlarından Əlcəzairin müstəmləkələşməsini siyasi ticarət obyektinə çevirməməyi istəyib.

Başçılıq etdiyi Milli Demokratiya Yürüşü partiyasının qurultayında danışan Uyahya deyib: “Heç kimin əlcəzairlilərin qanından faydalanmağa haqqı yoxdur”.

Fransa Milli Məclisinin ötən ay Fransa parlamentinin aşağı palatasında saxta “erməni soyqırımı”nın inkarının cinayət hesab edilməsi və buna görə bir il həbs və 45 min avro cəriməni nəzərdə tutan qanun layihəsinin qəbul olunmasından sonra Ankara və Paris arasında gərginlik yaşanır.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan səsvermədən sonra verdiyi şərhdə Əlcəzairin 132 il boyunca Fransanın müstəmləkəsi olduğu dövrdə fransızların orada “soyqırım” törətdiyini söyləyib.

Ərdoğan deyib: “Fransanın Əlcəzairdə törətdiyi soyqırımdır. Sarkozi bu soyqırımı bilmirsə, getsin atası Pol Sarkozidən soruşsun".
Comment