0
Sunday 8 January 2012 - 22:44

İranla altılıq arasında görüş Türkiyədə baş tutacaq

Story Code : 128707
İranla altılıq arasında görüş Türkiyədə baş tutacaq
İranla altılıq arasında görüş Türkiyədə baş tutacaq
İran nüvə texnologiyaları məhsullarını beynəlxalq bazara çıxarmaq niyyətindədir. APA-nın məlumatına görə, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Ferudin Abbasi-Davani bildirib. Onun sözlərinə görə, İran artıq beynəlxalq təzyiqlərə baxmayaraq, nüvə texnologiyaları sahəsində mühüm nailiyyətlər qazanıb: “Artıq ölkəmiz tibbdə istifadə olunan ağır su (deyterium oksidi) istehsal edə bilər. Bundan əlavə, İran nüvə stansiyası inşa edəcək və nüvə texnologiyaları ixrac edə biləcək gücdədir”.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə İranın nüvə proqramı ilə bağlı “altılıq”la müzakirələrin Türkiyədə aparılması barədə razılıq əldə olunduğunu bildirib. İranın “Mehr” xəbər agentliyinin məlumatına görə, Davudoğlu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonla danışdığını və hər iki tərəfin də Türkiyədə görüşməyə razılaşdığını bildirib: “Müzakirələrin ən qısa müddətdə başlayacağına ümid edirəm". Ə.Davudoğlu əlavə edib ki, Avropa Birliyi və ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar Türkiyə üçün keçərli deyil.

Comment