QR CodeQR Code

Birinci ledilərin fırıldaqları

HaqqYolu , 9 Jan 2012 09:51

IslamTimes - Fransa prezidenti Nikola Sarkozinin xanımı Karla Bruni xeyriyyə işi ilə əlaqədar böyük bir qalmaqala səbəb olub.


2008-ci ildə BMT-nin QİÇS-lə mübarizədə dünya fonduna sülhməramlı səfir təyin edilən Bruni xeyriyyədən əldə edilən gəliri yaxın dostlarından birinə xərcləyib.
Faktı Fransanın "Marian" qəzeti aşkarlayıb. Məqalənin müəllifi bildirib ki, Fond heç bir müsabiqə keçirmədən Bruninin məsləhətçisi musiqiçi Julian Sivancın rəhbərlik etdiyi şirkətlərin hesabına 3,5 milyon dollar pul köçürüb.
Fondun nümayəndələri pulun "HİV-siz doğulmuş uşaq" adlı informasiya şirkətinin yaradılmasına sərf olunduğunu və bununla bağlı lazımi hüquqi prosedurların həyata keçirildiyini bildirib. Karla Bruni isə öz növbəsində iddiaları qəti şəlikdə təkzib edib və bildirib ki, onun Fondu dövlətdən heç bir ianə almayıb .


Story Code: 128812

News Link :
https://www.islamtimes.org/az/news/128812/birinci-ledilərin-fırıldaqları

Islam Times
  https://www.islamtimes.org