QR CodeQR Code

İranda nüvə enerji stansiyası fəaliyyətə başlayır

9 Jan 2012 11:12

IslamTimes - Qum şəhəri yaxınlığında yerləşən və dağın içərisində tikilmiş “Fordo” nüvə enerji stansiyası yaxın günlərdə fəaliyyətə başlayacaq.


APA-nın məlumatına görə, bu barədə İran Atom Enerjisi Təşkilatının rəhbəri Feridun Abbasi-Davani paytaxt Tehranda nəşr olunan “Keyhan” qəzetinə müsahibəsində bildirib. 

Stansiya 3.5, 4 və 20 faizlik uran zənginləşdirmək gücünə malikdir.

İran Atom Enerjisi Təşkilatının rəhbəri nüvə enerji stansiyasının yerin altında tikilməsi ilə əlaqədar verilən suala isə belə cavab verib: “Düşmənlərimiz nüvə stansiyamıza zərər yetirmək üçün virus və bəzi xüsusi siqnallar göndərməklə daxil olmaqla, hər cür yola baş vurur, ancaq bu cəhdlər nəticəsiz qalır”.


Story Code: 128842

News Link :
https://www.islamtimes.org/az/news/128842/iranda-nüvə-enerji-stansiyası-fəaliyyətə-başlayır

Islam Times
  https://www.islamtimes.org