QR CodeQR Code

ABŞ Venesuelanın Mayamidəki baş konsulunu qovur

9 Jan 2012 23:28

IslamTimes - ABŞ Venesuelanın Mayami şəhərindəki baş konsulundan ölkəsinə dönməyi tələb edib.


“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, rəsmi Vaşinqton bu addımı İran prezidenti Mahmud Əhmədinejadın Karakasa səfərinə etiraz olaraq atıb. Konsuldan yanvarın 10-dək ABŞ ərazisini tərk etmək istənilib. Görünür Latın Amerikası ölkələrinin əksərində diktator rejim kimi tanınan ABŞ öz çirkin siyasətlərini dayandırmaq fikrində deyil.

Bundan əvvəl də ABŞ hökuməti dəfələrlə Venesuela rəsmilərindən İranla münasibətlərini kəsməyi tələb edib, ancaq bu istək Karakas tərəfindən rədd edilib.

Qeyd edək ki, yanvarın 8-də İran prezidenti Mahmud Əhmədinejad Latın Amerikası ölkələrinə beş günlük səfərə yola düşüb. İran prezidenti Venesuela, Nikaraqua, Kuba və Ekvador ölkələrində səfərdə olacaq. M. Əhmədinejadın Latın Amerikası ölkələrinə səfəri İranın bölgə dövlətləri ilə əlaqələrinin inkişaf etdirilməsi məqsədi daşıyır.


Story Code: 128995

News Link :
https://www.islamtimes.org/az/news/128995/abş-venesuelanın-mayamidəki-baş-konsulunu-qovur

Islam Times
  https://www.islamtimes.org