QR CodeQR Code

İranda nəhəng qaz yatağı aşkarlandı

HaqqYolu , 11 Jan 2012 10:08

IslamTimes - İran rəsmiləri ölkənin şimalında yeni nəhəng təbii qaz yatağının aşkar etdiklərini açıqlayıblar.


“APA-ECONOMICS”in “İRNA” xəbər agentliyinə istinadən məlumatına görə, bu açıqlama ilə İranın Xəzər Neft Şirkətinin (Khazar Petroleum Company) icraçı direktoru Əli Osuli çıxış edib.
Onun sözlərinə görə, “Sərdar-e Çanqal” adı verilmiş bu qaz yatağı İranın enerji sənayesinin inkişafında yeni səhifə açır. Yeni yatağın qaz ehtiyatları təxminən 1,8 trln. kubmetr həcmində qiymətləndirilir.
Qeyd edək ki, son vaxtlara kimi İranın Xəzərdəki qaz ehtiyatları təqribən 407 mlrd. kubmetr təşkil edib. “Sərdar-e Çanqal” yatağının kəşfi ilə bu rəqəm bir neçə dəfə artmış olur. İran rəsmiləri aşkar edilmiş qaz yatağının Türkiyə və Avropaya qaz ixracını artırmağa imkan verəcəyini bəyan edirlər.


Story Code: 129387

News Link :
https://www.islamtimes.org/az/news/129387/iranda-nəhəng-qaz-yatağı-aşkarlandı

Islam Times
  https://www.islamtimes.org