QR CodeQR Code

Rusiya İranla danışıqlar aparılmasını tələb edir

12 Jan 2012 23:51

IslamTimes - Rusiya İranın nüvə enerjisi mövzusunun həlli üçün əməkdaşlıqların artırılmasını istəyib


"IslamTimes" "MehrNews"-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini İranın nüvə enerjisi mövzusunun diplomatik şəkildə həll edilməsinə təkid edib. O Hörmüz boğazı ilə bağlı çəkişmələrə son qoyulmasını istəyib.

"ItarTass" xəbər verir ki, Sergey Ryabkov İranın nüvə enerjisi məsələsinin təkcə danışıqlar vasitəsi ilə həll edilməli olduğunu söyləyib. O həmçinin Qərb və İran arasında münasibətləri gərginləşdirəcək ifadələrdən çəkinməyi tövsiyə edib.

Moskva həmçinin ötən gün İran neftinə sanksiya tətbiq olunmasına qarşı olduğunu bildirib.


Story Code: 129834

News Link :
https://www.islamtimes.org/az/news/129834/rusiya-iranla-danışıqlar-aparılmasını-tələb-edir

Islam Times
  https://www.islamtimes.org