QR CodeQR Code

Yaponiya baş naziri İrandan neft idxalının azaldılacağını təkzib etdi

14 Jan 2012 13:14

IslamTimes - Yaponiya baş naziri Esixiko Noda maliyyə nazirinin bəyanatının dövlətin mövqeyi olmadığını vurğulayıb


"IslamTimes" "Vz.ru" saytına istinadən xəbər verir ki, Yaponiyanın maliyyə naziri Dzyun Adzuminin İrandan neft idxalının azaldılacağını bəyan etdiyi barədə bu günlərdə dünya mətbuatında xəbər yayılıb. Amma Yaponiya baş naziri Esixiko Noda maliyyə nazirinin bəyanatının dövlətin mövqeyi olmadığını vurğulayaraq deyib: "Belə bir addım atmazdan öncə biznes çevrələri ilə ətraflı məsləhətləşmələr aparmaq zəruridir."
 
BBC müxbiri yazır ki, Fukusima AES-də qəzadan sonra Yaponiyanın İran neftindən asılılığı artıb. ABŞ-lı həmkarı ilə görüşən Adzumi vəd edib ki, İrandan neft idxalı azaldılacaq. Amma bugünki xəbər deyilənlərin təbliğat xarakterli olduğunu göstərdi.


Story Code: 130178

News Link :
https://www.islamtimes.org/az/news/130178/yaponiya-baş-naziri-irandan-neft-idxalının-azaldılacağını-təkzib-etdi

Islam Times
  https://www.islamtimes.org