0
Saturday 14 January 2012 - 16:34

Foreign police İran əleyhinə terrorlarda MOSSAD-ın izini aşkarladı

Story Code : 130222
MOSSAD - Terror
MOSSAD - Terror
"IslamTimes" xəbər verir ki, Amerikanın "Foreign police" ötən gün MOSSAD casuslarının CIA agentləri adı ilə "Cundullah" qruplaşması üzvlərindən istifadə etdiyi barədə məlumat verib. Bu qruplaşma Pakistanda yerləşir. MOSSAD terroristlərdən İranda müxtəlif əməliyyatlar həyata keçirməyi tələb edib.

2007-2008-ci ilə məxsus bir sıra qeydlərdə MOSSAD casuslarının dollar və ABŞ pasportları vasitəsi ilə "Cundullah" qruplaşması üzvləri ilə əlaqə yaratdığı bildirilir. MOSSAD üzvləri terror qruplaşması ilə danışıqlar zamanı özlərini CIA agentləri kimi təqdim edib. Danışıq əməliyyatlarının bir çoxunun Londonda aparıldığı bildirilir.

Xatırladaq ki, "Cundullah" terror qruplaşması bu günədək İranda bir çox terror əməliyyatları həyata keçirmişdir ki, onların sonuncusu ötən ilin iyul ayında İranın Zahidan şəhərindəki came məscidində törədilib. Bu terror zamanı 28 nəfər günahsız həyatını itirib.
Comment