0
Sunday 15 January 2012 - 00:04

Rusiya BMT TŞ-nın qətnaməsi ilə razı deyil

Story Code : 130312
Rusiya BMT TŞ-nın qətnaməsi ilə razı deyil
Rusiya BMT TŞ-nın qətnaməsi ilə razı deyil
“IslamTimes” “IslamNews.ru” saytına istinadən xəbər verir ki, Moskva BMT TŞ-nın İranla bağlı qətnaməsini bölüşmür. Xarici işlər nazirinin müavini Gennadi Qatilov İranın nüvə zənginləşdirməsi məsələsi ilə bağlı suala belə cavab verib: “BMT TŞ-də İrana təzyiqlərin gücləndirilməsi ilə bağlı çağırışlar güclənməkdədir. Amma Rusiya bu mövqeyi bölüşmür. BMT-nin bu mövqeyi problemin sülh yolu ilə həllini əngəlləyir.”

Qatilovun sözlərinə görə İranın Fordo obyektində nüvə zənginləşdirilməsinə start verməsi sanksiyalara cavab kimi dəyərləndirilə bilər. Bunu da qeyd etmək lazımdır ki, Tehran bu barədə öncədən MAQATE-yə məlumat verib.
Comment