QR CodeQR Code

Çin İranla ticarət əlaqələrini kəsməyəcəyini açıqlayıb

16 Jan 2012 11:05

IslamTimes - Çin ABŞ-ın İranla ticarət əlaqələrini kəsməsi üçün bu ölkənin neft şirkətlərinə təzyiq göstərməsinə münasibət bildirib.


APA-nın «Mehr» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyindən deyilib ki, İranla ticarət əlaqələri davam etdiriləcək. Xəbərdə rəsmi Pekinin Tehranla ticarət sahəsində əməkdaşlığının BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olmadığı, bu baxımdan əlaqələrin kəsilməyəcəyi qeyd olunub.

Qeyd edək ki, yanvarın 14-də ABŞ İranla ticarət əlaqələrinə görə Çinin «Zhuhai Zhenrong» Dövlət Korporasiyasına qarşı sanksiyalar tətbiq edib.


Story Code: 130697

News Link :
https://www.islamtimes.org/az/news/130697/çin-iranla-ticarət-əlaqələrini-kəsməyəcəyini-açıqlayıb

Islam Times
  https://www.islamtimes.org