QR CodeQR Code

DƏVƏTDƏN IMTINA ETMƏK ÜÇÜN CIDDI BIR ƏSAS GÖRMÜRƏM

12 Oct 2009 21:12

Ermənistan prezidenti Moskvaya yola düşməzdən əvvəl Yerevan hava limanında KİV-nümayəndələrinə verdiyi açıqlamasında bildirib: «Gülün Ermənistan-Türkiyə futbol matçında iştirak dəvətindən imtina etmək üçün ciddi bir əsas görmürəm»- Turana istinadən Dəyərlər AİN yazır.


Sarkisyan, oktyabrın 14-də səfərin baş tutacağını ciddi və fövqəladə bir hadisənin baş verməməsilə əlaqələndirib.

Qeyd edək ki, Türkiyənin Bursa şəhərində Ermənistan və Türkiyə futbol yığmalarının oyunu keçiriləcək. Qarşılıqlı olaraq Türkiyə prezidenti Abdulla Gül erməni həmkarını oyunu izləmək üçün bu ölkəyə dəvət etmişdir.


İslamTimes
Redaksiya ilə əlaqə ünvanı: info@az.islamtimes.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.


Story Code: 13087

News Link :
https://www.islamtimes.org/az/news/13087/dəvətdən-imtina-etmək-üçün-ciddi-bir-əsas-görmürəm

Islam Times
  https://www.islamtimes.org