0
Thursday 19 January 2012 - 11:39

HƏMAS və “İslami Cihad” birləşir?

Story Code : 131549
HƏMAS
HƏMAS
Qəzzadakı HƏMAS hökumətinin baş naziri İsmayıl Haniyənin ofisindən verilən bəyanatda bildirilir ki, Haniyənin “İslami Cihad” heyəti ilə keçirdiyi görüşdə tərəflər arasında bir birliyin təmin olunması üçün davamlı bir dialoqun başlanması üçün “İslami Cihad” tərəfindən təklif səsləndirilib. “İslami Cihad” sözçüsü birliyi reallaşdırmaq məqsədilə Fələstin torpaqları daxilində və xaricində əhatəli bir dialoqun başladığını, bu istiqamətdə əvvəlki cəhdlərin nəticə vermədiyini söyləyib.
Source : HaqqYolu
Comment