QR CodeQR Code

Davudoğlu: "Fransız senatorlarının öz dəyərlərinə hörmət göstərəcəklərinə inanıram"

19 Jan 2012 12:54

IslamTimes - Brüsseldə səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Fransa Senatının konstitusiya komissiyası son qərarına münasibət bildirib.


Davudoğlu qanunun qanunun Senatdan keçməyəcəyinə ümid etdiyini bildirib: "Bu gün Fransa Senatındakı alt komitə də belə bir qanunun konstitusiya ilə üst-üstə düşmədiyi istiqamətində qərar verib. Önümüzdə hələ bir həftəyə yaxın müddət var və ümid edirik ki, düşüncə və ifadə azadlığını məhdudlaşdırmağa istiqamətlənən bu qanun keçməyəcək".

Türkiyə XİN rəhbərinin sözlərinə görə, bu qanun yalnız türk tarixinə deyil, Avropa dəyərlərinə də zidddir.

"Əgər tarixi bir mövzunun müzakirəsini qadağan etsəniz, ehkam yaratmış olarsınız. Bu da Avropa və Fransa dəyərlərinə zidddir. Mən fransız senatorları və intellektuallarının öz dəyərlərinə hörmət göstərəcəklərinə inanıram. Əgər bu olmazsa, o zaman nə olacağını görəcəksiniz", deyə Davudoğlu əlavə edib.

Xatırladaq ki, konstitusiya komissiyası aşağı palatada qəbul edilən qondarma erməni soyqırımının inkarını cinayət hesab edən qanun layihəsinin Senatın gündəliyinə çıxarılmamasını nəzərdə tutan təklifi qəbul edib. /ans/


Story Code: 131589

News Link :
https://www.islamtimes.org/az/news/131589/davudoğlu-fransız-senatorlarının-öz-dəyərlərinə-hörmət-göstərəcəklərinə-inanıram

Islam Times
  https://www.islamtimes.org