0
Friday 20 January 2012 - 11:36

Azərbaycan “azad olmayan”lar sırasında yenə öz yerini “qorudu”

Story Code : 131780
Azərbaycan “azad olmayan”lar sırasında yenə öz yerini “qorudu”
Azərbaycan “azad olmayan”lar sırasında yenə öz yerini “qorudu”
Amerikada yerləşən və dünyada demokratik dəyərlərin bərqərar olunması üçün çalışan “Freedom House” qeyri-hökumət təşkilatı yenidən Azərbaycanı “azad olmayan” ölkələr siyahısına salıb.

Təşkilat 2011-ci ildə dünya ölkələrində siyasi hüquqlar və mülki azadlıqların vəziyyəti ilə bağlı hazırladığı hesabatı açıqlayıb. Hesabatda Azərbaycanda siyasi hüquqlar “6”, mülki azadlıqlar isə “5” balla qiymətləndirilir.

Qeyd edək ki, təşkilat dünya ölkələrini 7 ballıq şkala ilə qiymətləndirib (ən yaxşı ölkəyə “1”, ən pis ölkəyə isə 7 bal verməklə)

Hesabatda Azərbaycanda bu sahələrdə vəziyyətə verilən ballar ötən illə müqayisədə dəyişməsə də, ümumilikdə vəziyyətin daha da pisləşməyə doğru getdiyi qeyd edilir.

“Freedom House” təşkilatının araşdırmalar üzrə vitse-prezidenti Arch Puddington "Azadlıq" radiosuna deyib ki, hesabat dünyada demokratiya ilə bağlı çoxlu problemin qaldığını göstərir: “Bir neçə il əvvəl avtoritarizmə doğru başlanan meyl dayanmayıb və dünyanın bir çox yerlərində demokratiyaya mənfi münasibət qalmaqdadır. Avtoritar rejimlər hakimiyyətdə qalmaq üçün çox mürəkkəb üsullar fikirləşiblər və onların yerlərindən tərpədilməsi elə də asan deyil”.

Arch Puddington hesab edir ki, bu dedikləri xüsusilə Azərbaycan və Qazaxıstana münasibətdə doğrudur. Təşkilatın hesabatında bu iki ölkədə insan haqlarının vəziyyətinin daha da pisləşdiyi bildirilir.
Hesabata görə, Azərbaycan prezidenti nümyişləri dağıtmaq üçün zordan istifadə edib, müxalifət fəallarını həbs edib, beynəlxalq medianı neytrallaşdırmağa çalışıb və böyük tikinti layihələrinin tərkib hissəsi kimi vətəndaşları öz evlərindən çıxarmaq üçün hakimiyyətdən sui-istifadə edib.

Arch Puddington deyib: “Enerji daşıyıcılarının gətirdiyi zənginliyə görə Əliyev öz qurduğu sistemdən arxayındır və özünə çox güvənir. O, nə öz avtoritar idarəçiliyinə görə peşmançılıq keçirmək düşüncəsindədir, nə də islahat aparmağa meyllidir”.
Source : Qafqazinfo
Comment