QR CodeQR Code

Şeytanın əkizləri

HaqqYolu , 21 Jan 2012 00:20

IslamTimes - Təl-Əvivdə rus dilində nəşr edilən "İzRus" xəbər portalı, İsrailin Ermənistana maraqlı bir təklif verməsi ilə bağlı məqalə dərc edib.


Məqalədə bildirilir ki, Ermənistan Fələstin dövlətini tanımasa, İsrail qondarma erməni soyqırımını qəbul edəcək. Qəzet hətta iddia edir ki, bununla bağlı, İrəvanla Təl-Əviv arasında dövlət səviyyəsində görüş keçirilib.
İsrailin "Makor Rishon" qəzeti isə yazır ki, məsələ ilə bağlı ilk fikri ilk dəfə keçən ilin iyul ayında İrəvana səfər edən İsrail Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri tərəfindən səsləndirilib.
Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, görüşdə həmin şəxslər İrəvanda bildiriblər ki, əgər Ermənistan Fələstini tanımayacağına zəmanət versə, İsrail qondarma erməni soyqırımını tanıyacaq.
İsrail Xarici İşlər Nazirliyindəki mənbələr iddia edir ki, Ermənistan əvvəlcə buna razı olub, ancaq sonra geri addım atıb. Bundan başqa, bu məsələ hətta BMT Baş Assambleyasının 66-cı iclası zamanı da gündəmə gətirilib. İsrailin xarici işlər nazirinin köməkçisi Danni Ayalon, erməni həmkarı Arman Kirakosyanla görüşüb və ondan Fələstini dəstəkləməmələrini istəyib.
Keçən ilin oktyabrında da Fələstinin YUNESKO-ya tam üzv olaraq qəbul olunması ilə bağlı keçiriləcək səsvermədən əvvəl İsrail rəsmi İrəvana yüksək vəzifəli diplomatını göndərib. İsrail yenə də eyni şərtini irəli sürüb. Ermənistan isə İsrailin bu təkilfinə razı olmayıb və Fələstinin YUNESKO-ya üzv seçilməsinin lehinə səs verib.
İsrail mətbuatı qeyd edir ki, Ermənistanın İsrailin təklifini rədd etməsinin başqa səbəbi olub: “Ermənistan Suriya və Livanda yaşayan erməni icmasını təhlükəyə atmaq istəməyib”.


Story Code: 131899

News Link :
https://www.islamtimes.org/az/news/131899/şeytanın-əkizləri

Islam Times
  https://www.islamtimes.org