0
Saturday 21 January 2012 - 07:54

“İrandan neft idxalına tətbiq olunacaq sanksiya dünya iqtisadiyyatına təsir göstərəcək”.

Story Code : 131928
Iran - Oil
Iran - Oil
APA-nın məlumatına görə, bunu Yaponiyanın İrandakı səfiri Kiniçi Kumano bildirib. Onun sözlərinə görə, rəsmi Pekin ABŞ-ın İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalarla bağlı son mövqeyini ortaya qoymayıb: “İranın Mərkəz Bankına sanksiyanın məqsədi də İran neftinin ixracının qarşısını almaqdır. ABŞ-da fəaliyyət göstərən Yaponiya şirkətləri də bu ölkənin şirkətləri ilə əlaqədə olduğundan İrandan daha çox özlərinin və ölkələrinin mənafelərini nəzərə almaq məcburiyyətində qalacaqlar. ABŞ-ın İrana qarşı sanksiyaları hüquqi cəhətdən bu ölkədə fəaliyyət göstərən Yaponiya şirkətləri üçün təhlükəlidir. Ona görə də Yaponiya hökuməti bu sanksiyaların icrasının bir çox problemlər yaradacağını hesab edir. Bununla bağlı rəsmi Tokio ABŞ-ı xəbərdar edib”.
Comment