QR CodeQR Code

Paris təlaşa düşüb

21 Jan 2012 22:49

IslamTimes - Fransa İrana hərbi müdaxilədən çəkinməyə çağırır.


Nikola Sarkozi Yaxın Şərq və onun hüdudlarından kənarda “müharibə və xaos”a gətirəcək hərbi müdaxilədən yayınmaq üçün əlindən gələni etməyə çağırıb.

Milli.Az BBC-yə istinadən bildirir ki, bununla yanaşı, Sarkozi İranı nüvə proqramından imtina etdirmək məqsədilə hərbi müdaxilədənsə diplomatik yollara və sanksiyalara üstünlük verilməsini istəyib.

Yanvarın 23-də Avropa İttifaqı İrana qarşı sanksiyaları müzakirə edəcək.

İran embarqo təqdirində neft ixracı üçün mühüm Hörmüz boğazını bağlaya biləcəyini bildirib.

Yanvarın 12-də ABŞ İranla əməkdaşlığa görə 3 beynəlxalq şirkətə qarşı sanksiyalar tətbiq edib. Amma bir çox ölkələr ABŞ-ın son sanksiyalarına məhəl qoymayacağını bildirib.


Story Code: 132122

News Link :
https://www.islamtimes.org/az/news/132122/paris-təlaşa-düşüb

Islam Times
  https://www.islamtimes.org