QR CodeQR Code

"Wall Street-i işğal et" hərəkatının növbəti etirazı

22 Jan 2012 21:21

IslamTimes - San Fransisko şəhərində keçirilən etiraz aksiyasında onlarla insan iştirak edib


ABŞ-ın Kaliforniya ştatında "Wall Street-i işğal et" hərəkatının növbəti etiraz aksiyası keçirilib. San Fransisko şəhərində keçirilən etiraz aksiyasında onlarla insan iştirak edib. Etirazçılar "Wells Fargo" maliyyə şirkətinin baş qərargahının qarşısında insan zənciri yaradaraq gediş-gəlişə əngəl olmağa cəhd ediblər.

Etrazlar zamanı "Wall Street-in hökmdarları əsl vampirdirlər", "Rəhbərlik elitası ölkəmizə xəyanət etdi" şüarları səsləndirilib. Polisin müdaxiləsi isə toqquşmalara səbəb olub. Qarşıdurmalar zamanı 22 nəfərin həbs edildiyi bildirilir. Bundan əlavə, "Cathedral Hill" otelinin yuxarı mərtəbəsindən polisin başına mebel hissələri atan 3 nəfər də həbs edilib.

Xatırladaq ki, "Wall Street-i işğal et" etiraz hərəkatı ötən ilin sentyabr ayında ABŞ-ın Nyu York ştatında başlayıb. Etirazçıların əsas tələb ölkədə sosial və iqtisadi bərabərsizliyə son qoyulması, işsizliyə və korrupsiyaya qarşı tədbirlərin görülməsidir.


Story Code: 132291

News Link :
https://www.islamtimes.org/az/news/132291/wall-street-i-işğal-et-hərəkatının-növbəti-etirazı

Islam Times
  https://www.islamtimes.org