QR CodeQR Code

"Costa Concordia"dan yanacaq axmağa başlayıb

22 Jan 2012 21:36

IslamTimes - İtaliyanın sahil-mühafizə xidməti yanacağın dizel olduğunu bildirir


İtaliya sahillərində qəzaya uğramış "Costa Concordia" səyahət gəmisindən yanacaq axdığı məlum olub. Sahil-mühafizə xidmətinin xilasediciləri suyun üzərində nazik yanacaq qatının formalaşdığını görüblər. Ekoloji fəlakətə yol açmaması üçün xilasedicilər yanacaq qatının yayılmasının qarşısını almağa çalışır.

Sahil-mühafizə xidmətinin komandiri Kozimo Nikastro bildirib ki, axan yanacaq dizeldir və gəmidə olan 2200 ton ağır yanacağın sisternlərdən axdığına dair isə heç bir sübut yoxdur.

"Costa Concordia" gəmisinin riflə toqquşması nəticəsində ölənlərin sayı 12-yə çatıb. Axtarış-xilasetmə işləri davam etdirilir. /ans/


Story Code: 132295

News Link :
https://www.islamtimes.org/az/news/132295/costa-concordia-dan-yanacaq-axmağa-başlayıb

Islam Times
  https://www.islamtimes.org