0
Thursday 15 October 2009 - 22:11

BAĞDAD VƏ KƏRBƏLA QANA BOYANDI

İraqda işğal davam edir.
Story Code : 13233
BAĞDAD VƏ KƏRBƏLA QANA BOYANDI
İraqda işğal davam edir. Paytaxt Bağdad və Kərbəladakı partlayışlarda 15 nəfər dünyasını dəyişib.

İraq Daxili İşlər Nazirliyi, Bağdadda şiələrin yaşadığı Bula məhəlləsindəki bazara 3 raketin düşməsi nəticəsində, 7 adamın öldüyünü, 14 adamın yaralandığını açıqlayıb.

Bu hadisədən qısa müddət sonra da şəhərdəki bir zərgər soyulub. Şəxsiyyəti naməlum bir qrupun mağaza sahibini öldürüb ləl-cəvahiratlarla qaçdığı bildirilir.

Bu hadisədən də bir az sonra şiələrin müqəddəs məkanlarından olan Kərbəla şəhərində eyni vaxtda baş verən 3 partlayışda 6 adam ölüb, 40 adam isə yaralanıb.

İraq İnsan Haqqları Nazirliyi isə ölkədəki gərginliyi diqqətdə saxlayan bir hesabat hazırlayıb.
Hesabata görə, İraqda 2004-2008-ci illəri arasında baş verən terror aktlarında təxminən 86 min nəfər ölüb, 147 min isə yaralanıb.
Source : Faktxəbər.com
Comment