QR CodeQR Code

BAĞDAD VƏ KƏRBƏLA QANA BOYANDI

İraqda işğal davam edir.

Faktxəbər.com , 15 Oct 2009 22:11

Bağdadda şiələrin yaşadığı bir məhəlləyə raket düşüb və nəticədə 7 adam ölüb. Şiələrin müqəddəs məkanlarından olan Kərbəlada da partlayış baş verib.


İraqda işğal davam edir. Paytaxt Bağdad və Kərbəladakı partlayışlarda 15 nəfər dünyasını dəyişib.

İraq Daxili İşlər Nazirliyi, Bağdadda şiələrin yaşadığı Bula məhəlləsindəki bazara 3 raketin düşməsi nəticəsində, 7 adamın öldüyünü, 14 adamın yaralandığını açıqlayıb.

Bu hadisədən qısa müddət sonra da şəhərdəki bir zərgər soyulub. Şəxsiyyəti naməlum bir qrupun mağaza sahibini öldürüb ləl-cəvahiratlarla qaçdığı bildirilir.

Bu hadisədən də bir az sonra şiələrin müqəddəs məkanlarından olan Kərbəla şəhərində eyni vaxtda baş verən 3 partlayışda 6 adam ölüb, 40 adam isə yaralanıb.

İraq İnsan Haqqları Nazirliyi isə ölkədəki gərginliyi diqqətdə saxlayan bir hesabat hazırlayıb.
Hesabata görə, İraqda 2004-2008-ci illəri arasında baş verən terror aktlarında təxminən 86 min nəfər ölüb, 147 min isə yaralanıb.


Story Code: 13233

News Link :
https://www.islamtimes.org/az/news/13233/bağdad-və-kərbəla-qana-boyandi

Islam Times
  https://www.islamtimes.org