0
Monday 23 January 2012 - 11:26

Əhməd Davudoğlu Fransaya yenidən xəbərdarlıq edib

Story Code : 132456
Əhməd - Davudoğlu - Fransa
Əhməd - Davudoğlu - Fransa
"Anadolu" agentliyinin verdiyi xəbərə görə, Əhməd Davudoğlu, 1915-ci il hadisələri ilə bağlı qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin senatda qəbul edilməməsi mövzusunda Fransaya müraciət ünvanlayıb.

Davudoğlu bildirib ki, əgər Fransa bu məsələdə mövqeyini dəyişməsə, sanksiyaların tətbiqinə davam ediləcək.

"Ümid edirik ki, bu sanksiyaların mahiyyətini açıqlamaq məcburiyyətində qalmayacağıq. Ancaq Türkiyənin səssiz qalacağını düşünməyin. Yeni sanksiyalar tətbiq ediləcək və bu dəfə onlar Fransanın mövqeyi dəyişənə qədər davam edəcək", - Türkiyə XİN-in başçısı bildirib.

Senatın gündəminə daxil edilən layihənin insan hüquqlarına zidd olduğunu qeyd edən Davudoğlu deyib: "Fransız ziyalılar və senatorların ortaq dəyərlərimizdən olan söz azadlığını müdafiə etmələrinin vaxtı çatıb".
Source : Deyerler
Comment