0
Monday 23 January 2012 - 19:39

Rusiya və İran dolları dövriyyədən çıxarır

Story Code : 132586
Rusiya - İran - Çin
Rusiya - İran - Çin
Türkiyə mətbuatının yazdığına görə, Rusiya federasiyasının paytaxtında keçirilən görüşlərdə İran diplomatları beynəlxalq bazarda dolların nüfuzunu itirdiyini və sadəcə kağız parçasından ibarət olduğunu bildiriblər.

İranın Rusiyadakı səfiri Səid Səccadi mövzu ilə bağlı keçirdiyi mətbuat konfransında iki ölkə arasındakı ticarət əlaqələrində öz valyuta vahidlərindən istifadə etmə məsələsini müzakirə etdiklərini deyib. Səfir bu təklifin ötən ilin iyun ayında Şanxan Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Rusiya prezidenti Dmitri Medvedyev tərəfindən irəli sürüldüyünü qeyd edib.

İranın bir çox ölkə ilə ticarətdə dolları dövriyyədən çıxardığını deyən Səccadi Hindistan, Çin və Yaponiyanın neft ixracatını dollar ilə həyata keçirmədiklərini deyib. Səfir Birləşmiş Ştatların daha böyük bir iqtisadi böhranla üz-üzə qaldığını və bir müddət sonra sözügedən dövlətin iqtisadi baxımdan süqut edəcəyini bildirib.

Xatırladaq ki, Rusiya və Çin iki il əvvəl ölkələrarası ticarət münasibətlərində dolların nüfuzunun azaldılması barədə qərar qəbul etmişdi.
Comment