QR CodeQR Code

Türkiyə Fransaya qarşı sanksiyalar tətbiq edəcək

24 Jan 2012 14:52

IslamTimes - Türkiyə Fransaya qarşı çoxsaylı sanksiyalar tətbiq edə bilər


Dünən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın və Türkiyə XİN-i Əhməd Davudoğlunun iştirakı ilə keçirilən AK Partiya Mərkəzi İcra heyətinin (MYK) yığıncağında Fransaya qarşı tətbiq ediləcək sanksiyalar müzakirə edilib.

Fransaya tətbiq ediləcək sanksiyalar:
1. Beynəlxalq bütün hüquqi yollar axtarılacaq.
2. Sanksiyalar müvəqqəti deyil, daimi olacaq.
3. Türkiyənin Fransadakı səfirinin uzunmüddətliyə geri çağırılması.
4. İsraillə olduğu kimi Fransa ilə diplomatik əlaqələrin ən aşağı səviyyəyə endirilməsi.
5. İctimaiyyətin Fransa şirkətləri ilə müqavilə bağlamaması.
6. Türkiyənin Fransadakı hərbi qüvvəsinin geri çəkilməsi. Fransanın Ankaradakı hərbi qüvvəsinin akreditasiyasının ləğv edilməsi.
7. Türk hava sahəsinin fransız hərbi təyyarələrinə bağlanılması.
8. Türk quru sularının fransız hərbi gəmilərinə bağlanılması.
Qeyd edək ki, qondarma “erməni soyqırımı”nı inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsini və 45 min avro miqdarında cərimələnməsini nəzərdə tutan qanun layihəsi bu gün Fransa Parlamentinin yuxarı palatası olan Senat tərəfindən də qəbul edilib. Qanunun qəbulunda 213 nəfər iştirak edib, onlardan 127 nəfər qanunun lehinə, 86 nəfər əleyhinə səs verib.
/XezeXeber/


Story Code: 132738

News Link :
https://www.islamtimes.org/az/news/132738/türkiyə-fransaya-qarşı-sanksiyalar-tətbiq-edəcək

Islam Times
  https://www.islamtimes.org