QR CodeQR Code

Ərəb baharı Bakıda da tumurcuqlayır

HaqqYolu , 25 Jan 2012 11:14

IslamTimes - "GEN" və "Kamran" MMC şirkətləri tərəfindən aldadılan istehlakçılar bu gün saat 11 radələrində yenidən Prezident Sarayının qarşısına toplaşıblar.


Bu barədə məlumat verən reportyorumuz Emil Salamoğlunun sözlərinə görə, şikaytəçilərin sayı 100 nəfərə yaxındır: "Onlar əllərində Heydər və İlham Əliyevlərin portretlərini və "Korrupsiyaya son!", "Evlərimizi qaytarın!", "Ya pulumuzu verin, ya evimizi" kimi şüar yazılmış trnsparantlar tutmuşdular. Polis aksiya iştirakçılarını qovub dağıtmasa da, əllərindəki transparantları alıb cırdı və onlara qəti şəkildə bildirdilər ki. Bakı Şəhər İcra Hakimiyyətinə gedərək şikayətlərini orada bildisinlər".
Qeyd edək ki, bir neçə ildir, tikinti şirkətləri tərəfindən aldadılan insanlar öz haqlarını tələb edir, ya mənzillərini, ya da şirkətlərə pdədiklər pulların geri verilməsini istəyirlər, ancaq hələ də bir nəticəyə nail ola bilməyiblər. Şikayətçilər yanvar ayın 18-də də bənzər aksiya keçirmiş, oxşar rəftarla üzləşmiş, eyni cavabı almışdılar.


Story Code: 132938

News Link :
https://www.islamtimes.org/az/news/132938/ərəb-baharı-bakıda-da-tumurcuqlayır

Islam Times
  https://www.islamtimes.org