QR CodeQR Code

İqtisadi böhranla üzləşən ABŞ öz xalqı ilə maraqlanmır

26 Jan 2012 10:43

IslamTimes - Obama İranın atom silahı düzəltdiyini iddia edir və gecə-gündüz sanksiyalar barədə düşünür. Qasırğa isə əhalinin iqtisadi böhranla üz-üzə olduğu vaxt ABŞ-ın Texas ştatını işıqsız qoyub


ABŞ-ın Texas ştatını güclü qasırğa vurub. Şiddətli yağışlar və görmənin sıfıra bərabər olması ucbatından Dallas hava limanı öz işini dayandırıb Onlarla reys təxirə salınıb. Minlərlə ev işıqsız qalıb. Yollar qalın qarla örtüldüyündən xilasedicilərin briqadaları hansısa istiqamətə gedib təmir işlərinə başlaya bilmirlər. 

Uzun müddətdir işsizlik, ədalətsizlik səbəbindən etiraza başlayan ABŞ xalqı ölkədə islahatlar aparılmasını tələb edir. Amma ABŞ dövləti ictimai fikiri İranla müharibə kimi mövzulara yönəltməklə xalqın etiraz aksiyalarını kütləvi həbslərlə yatırmağa çalışır. 

ABŞ dünyanı gülünc yalanları ilə aldatmaq niyyətindədir. MAQATE-nin müddət öncəki sifarişli hesabatında İranın nüvə proqramının hərbi yönlü olduğunu təsdiq edən heç bir sənəd yox idi. Hətta MAQATE müfəttişləri İran nüvə enerjisi stansiyalarını 24 saat kameralarla nəzarətdə saxlayır. Amma bütün bunlara baxmayaraq Obama yenə də İranın atom silahı düzətməsindən danışır.


Story Code: 133246

News Link :
https://www.islamtimes.org/az/news/133246/iqtisadi-böhranla-üzləşən-abş-öz-xalqı-ilə-maraqlanmır

Islam Times
  https://www.islamtimes.org