QR CodeQR Code

AİP Fransa səfirliyinin qarşısında aksiya keçirdi

26 Jan 2012 13:27

IslamTimes - Polis aksiya iştirakçılarını səfirliyin qarşısına buraxmasa da, onlar Fransa səfirliyinə ünvanlanmış qətnaməni sonadək oxuyublar.


Bu gün Azərbaycan İslam Partiyası Fransa Senatında qondarma erməni soyqırımını inkar edənlərə cəza verilməsini nəzərdə tutan qanunun qəbul edilməsinə etiraz əlaməti olaraq aksiya keçirib.

Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verməyib. Lakin polis onları səfirilyin binasına yaxınlaşmağa qoymayıb. Aksiya iştirakçıları “Fransaya ar olsun”, “Torpaqlarımızı işğal edənləri dəstəkləyənlərə ar olsun” “Fransa irqçidir”, “Ermənipərəst Fransaya lənət olsun”, “Rədd olsun Sarkozi”, “Fransanı sionizmin nökərləri idarə edir” ”Ar olsun, Sarkoziyə!!!” kimi şüarlarla narazılıqlarını bildiriblər.


Story Code: 133281

News Link :
https://www.islamtimes.org/az/news/133281/aip-fransa-səfirliyinin-qarşısında-aksiya-keçirdi

Islam Times
  https://www.islamtimes.org