0
Thursday 26 January 2012 - 23:55

Pekindən Tehrana dəstək

Story Code : 133376
Pekindən Tehrana dəstək
Pekindən Tehrana dəstək
Çin Avropa İttifaqının İran neftinin idxalına qadağa qoymasının Tehranın nüvə proqramına konstruktiv reaksiya olmadığını bildirib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Avropa İttifaqı bazar ertəsi 6 aydan sonra əgər münasib şərait olarsa İrandan neft idxalına qadağa tətbiq ediləcəyini bildirib. Bu, ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməsindən bir həftə sonraya təsadüf edib. Pekin İranın əsas müttəfiqi və İslam Respublikasının ən iri neft müştərilərindən biridir. Çinin baş naziri Ven Ciabao dünən Qatarın Doha şəhərində keçirilən mətbuat konfransında ölkəsinin İrandan nefti almasını müdafiə edib.

Çin hökuməti ABŞ-ın sanksiyalar tətbiq etməsini tənqid edərək bildirib ki, bu addımlar vəziyyətin daha da gərginləşməsinə və qlobal neft qiymətlərinin bahalaşmasına gətirib çıxaracaq.

Milli.Az
Comment