0
Friday 27 January 2012 - 23:16

İsrail rejimində Səudiyyə çaxnaşması

Story Code : 133542
İsrail - rejim - Səudiyyə
İsrail - rejim - Səudiyyə
ABŞ-ın Səudiyyə Ərəbistanına satdığı 60 milyard dollarlıq silahın İsrail rejimində dərin narahatlıqlara səbəb olduğu bildirilir. ABŞ və Səudiyyə Ərəbistanı arasındakı sazişin ən böyük hissəsi olan 30 milyard dollarlıq hissənin icrasından sonra qorxuya düşən Təl-Əviv narahatlıqlarını da Vaşinqtona bildirib. İsrail kəşfiyyatı “Mossad”a yaxınlığı ilə bilinən "Debka"nın xəbərinə görə, İsrail rejiminin qondarma baş naziri Benyamin Netanyahu və müdafiə naziri Ehud Barak ABŞ prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton və müdafiə naziri Leon Panettaya narahatlıqlarını çatdırıb. İsrail rejimi Səudiyyə Ərəbistanının ondan daha çox qırıcı təyyarəyə və daha inkişaf etmiş silah-sursata malik olmasını istəmir.
Comment