QR CodeQR Code

Belarus İrana qarşı sanksiyaların dünyada gözlənilməz nəticələrə səbəb olacağını bəyan edib

28 Jan 2012 10:19

IslamTimes - "İrana qarşı birtərəfli sanksiyalar Yaxın Şərqdə və bütün dünyada gözlənilməz nəticələrə səbəb olacaq”.


“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə Belarus Xarici İşlər Nazirliyindən bildirilib. Xəbərdə rəsmi Minskin birtərəfli sanksiyaların hər zaman pis nəticə doğurduğuna inandığı və bu baxımdan İranın mübahisəli nüvə proqramının həlli üçün BMT-nin diplomatik missiyasını öz üzərinə götürməsinin vacibliyi qeyd olunub. Məlumatda həmçinin iqtisadi təzyiqin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmədiyini, bu cür təzyiqlərin yalnız əlaqələrin gərginləşməsinə səbəb olduğu vurğulanıb. /APA/


Story Code: 133610

News Link :
https://www.islamtimes.org/az/news/133610/belarus-irana-qarşı-sanksiyaların-dünyada-gözlənilməz-nəticələrə-səbəb-olacağını-bəyan-edib

Islam Times
  https://www.islamtimes.org