QR CodeQR Code

Əli Əkbər Vilayəti: İran və Azərbaycan arasında heç bir problem yoxdur

28 Jan 2012 16:11

IslamTimes - İran və Azərbaycan arasında heç bir siyasi problem yoxdur.


Bu barədə ali lider Ayətullah Seyyid Əli Xameneyinin xarici siyasət üzrə baş müşaviri Əli Əkbər Vilayəti Tehranda yanvarın 29-30-da keçiriləcək “Gənclik və islam oyanışı” adlı beynəlxalq konfransa həsr edilmiş mətbuat konfransında Turanın müxbirinin sualına cavabda bildirib.

“İki qardaş xalq arasında tarixi, dini və mədəni əlaqələr var və bu əlaqələr getdikcə daha da inkişaf edir. Hər iki dövlətin ikitərəfli münasibətlərdə heç bir problemi yoxdur”, deyə o, dövlətlərarası əlaqələrin hazırki vəziyyətini şərh edərkən bildirib.

İkigünlük “Gənclik və islam oyanışı” konfransında İslam gənclərinin “ərəb baharı” prosesində rolu müzakirə olunub.

Konfransın istiqamətlərindən biri həm ayrı-ayrı ölkələrdə, həm də regionda inqilabi proseslər nəticəsində yaranmış problemlərin müzakirəsidir.

Konfransa dünyanın 73 ölkəsinin elmi dairələrindən 1000-ə yaxın gənc, habelə KİV nümayəndələri dəvət olunub.


Story Code: 133723

News Link :
https://www.islamtimes.org/az/news/133723/əli-əkbər-vilayəti-iran-və-azərbaycan-arasında-heç-bir-problem-yoxdur

Islam Times
  https://www.islamtimes.org