QR CodeQR Code

Fransız senator yeni ermənipərəst qanuna görə 1000 avro alıb

28 Jan 2012 17:52

IslamTimes - "İnkar qanunu"nu müdafiə edən Fransa senatorunun 1000 avro rüşvət almasını sübuta yetirən video üzə çıxıb


Qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Fransa senatında qəbul edilməsini Sosialis Partiyası adından müdafiə edən senator, Clamart bələdiyyəsinin sədri Filip Kaltenbakın rüşvət almasını sübuta yetirən gizli video çəkilişləri üzə çıxıb.

Fransalı senator yoxsullara verilməsi üçün inşa edilən bələdiyəyə aid iqamətgahlardan birinin Məhəmməd Abdülhaled adlı şəxsi tanışına verməyinin qarşılığında 50 avro almaq əvəzinə, 1000 avro rüşvət alması faktı gizli şəkildə videokamera ilə çəkilib. Bələdiyyədəki bürosunda çəkilən 11 dəqiqəlik videoda F.Kaltenbakın aldığı rüşvəti sayaraq pul kisəsinə qoyması açıq-aşkar görünür. Hazırda yerli məhkəmə bu faktla əlaqədar araşdırılmalara başlayıb.


Story Code: 133754

News Link :
https://www.islamtimes.org/az/news/133754/fransız-senator-yeni-ermənipərəst-qanuna-görə-1000-avro-alıb

Islam Times
  https://www.islamtimes.org