0
Sunday 29 January 2012 - 18:39

ABŞ bombası İran qarşısında aciz qaldı

Story Code : 134017
ABŞ bombası İran qarşısında aciz qaldı
ABŞ bombası İran qarşısında aciz qaldı
Milli.Az "The Wall Street Journal"a istinadən bildirir ki, Pentaqon ekspertləri Birləşmiş Ştatların qeyri-nüvə silahlarının İran ərazisindəki möhkəmləndirilmiş yeraltı obyektləri dağıtmaq iqtidarında olmadığını deyirlər.

Məsələn, sınaqlar 13,6 ton ağırlığında GBU-57 (“MOP, Massive Ordnance Penetrator” kimi də tanınır) antibunker bombasının bu tapşırığın öhdəsindən gəlməyəcəyini anlayıblar. 

Sözügedən bomba İran və Şimali Koreyanın nüvə obyektlərini qorumaq üçün inşa edilən yeraltı bunkerləri dağıtmaq üçün istehsal olunub.

Lakin İranın yeraltı obyektləri çox dərində yerləşdiyindən və əlavə müdafiə sistemlərinə malik olduğundan bomba "aciz" qalıb. 

Hazırda ABŞ Hərbi-Hava Qüvvələrində 20 MOP bombası var.
Comment