0
Monday 30 January 2012 - 09:17

MAQATE nümyəndə heyəti Tehranda

Story Code : 134100
MAQATE nümyəndə heyəti Tehranda
MAQATE nümyəndə heyəti Tehranda
Hava limanında BMT nəzatərçilərini təşkilatın ikili siyasətinə etiraz edən aksiyaçılar qarşılayıb.
Trend-in məlumatına görə, BAEA-nin baş direktorunun müavini Qerman Nakertzin başçılıq etdiyi nümayəndə heyətinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və ölkənin Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Fereydun Abbasi ilə görüşləri gözlənilir.
"Biz İran ilə çoxdan lazım olan dialoqu qurmağa ümid edirik", - Nakertz deyib. "Xüsusən də biz ümid edirik ki, İran özünün nüvə proqramının mümkün hərbi tərkibi ilə bağlı bizim narahatlıqlarımızı nəzərə alaraq bizimlə əməkdaşlıq edəcək", - o deyib.
ABŞ və bir sıra Qərb ölkələri İranı dinc nüvə proqramı adı altında nüvə silahı hazırlamaqda günahlandırırılar. Tehran bütün ittihamları rədd edərək bəyan edir ki, onun nüvə proqramı istisnasız olaraq ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsinə yönəldilib.

Source : HaqqYolu
Comment