QR CodeQR Code

MAQATE nümyəndə heyəti Tehranda

HaqqYolu , 30 Jan 2012 09:17

IslamTimes - Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndə heyəti İranın nüvə proqramı ilə bağlı danışıqlar aparmaq üçün Tehrana gəliblər.


Hava limanında BMT nəzatərçilərini təşkilatın ikili siyasətinə etiraz edən aksiyaçılar qarşılayıb.
Trend-in məlumatına görə, BAEA-nin baş direktorunun müavini Qerman Nakertzin başçılıq etdiyi nümayəndə heyətinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və ölkənin Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Fereydun Abbasi ilə görüşləri gözlənilir.
"Biz İran ilə çoxdan lazım olan dialoqu qurmağa ümid edirik", - Nakertz deyib. "Xüsusən də biz ümid edirik ki, İran özünün nüvə proqramının mümkün hərbi tərkibi ilə bağlı bizim narahatlıqlarımızı nəzərə alaraq bizimlə əməkdaşlıq edəcək", - o deyib.
ABŞ və bir sıra Qərb ölkələri İranı dinc nüvə proqramı adı altında nüvə silahı hazırlamaqda günahlandırırılar. Tehran bütün ittihamları rədd edərək bəyan edir ki, onun nüvə proqramı istisnasız olaraq ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsinə yönəldilib.


Story Code: 134100

News Link :
https://www.islamtimes.org/az/news/134100/maqate-nümyəndə-heyəti-tehranda

Islam Times
  https://www.islamtimes.org