0
Wednesday 1 February 2012 - 00:50

Gəncə mafiya şəhərinə çevrilir

Story Code : 134581
Gəncə mafiya şəhərinə çevrilir
Gəncə mafiya şəhərinə çevrilir
«Gəncə xanı» adını «haqq etmiş» Elmar Vəliyev ölkənin ikinci şəhərini həm də ölkənin «kriminal paytaxtına» çevirib. Bu barədə qənaət Gəncədəki qaynaqlardan aldığıız informasiyalar əsasında formalaşır. Belə ki, Gəncədən dia.az-a ötürülən xəbərlərə görə, Elmar Vəliyev son günlər şəhərin krminal ünsürlərinə əməlli-başlı ayaq verib (Gəncəlilərin təbirində işlənən bu ifadənin anlamı «şərait yaratmaq» mənasını verir).

Mənbə bildirir ki, Gəncədə son günlər yerli sahibkarlara divan tutan dəstə peyda olub: «Əvvəllər belə şeylər yox idi. İndi dükanlara haqq qoyurlar. Hətta sahibkarlardan «türməyə qrev gedir» adı altında pul da yığırlar».

Mənbəmiz xatırladır ki, mərhum prezident Heydər Əliyev gələndən sonra kriminal aləmin avtoritetləri Gəncədən yığışmışdı: «Bu zaman xeyli sayda cinayətkar dəstə zərərsizləşdirildi. İndi isə vəziyyət yenidən pisləşib. Heç Eldar Əizovun vaxtında da belə deyildi. Elmar Vəliyevlə yerli polisin arasındakı düşmən mühit bəlkə də bu durumu daha da acınacaqlı edir. Çünki polis icra başçısının himayəsi altında olan kriminal qruplaşmalara söz deyə bilmir».

Gəncədən gələn bir başqa məlumatda isə vurğulanır ki, Elmar Vəliyev bu günlərdə yerli polis tərəfindən həbs edilmiş gəncəli kriminallardan birinin azadlığa çıxmasında da rol oynayıb: «Onun adının açıqlanması məqsədəuyğun deyil. Amma əncədə uşaqdan-böyüyə hər kəs bu hadisəni yaxşı bilir».

Mövzu diqqətimizdədir…
Source : pia
Comment