QR CodeQR Code

ABŞ Əfqanıstandan da çıxır

2 Feb 2012 13:18

IslamTimes - İqtisadi böhranlaa üz-üzə olan, ABŞ İraqın ardınca Əfqanıstandan da qoşunlarını çıxarmaq qərarına gəlib


Milli.Az "Associated Press"ə istinadən xəbər verir ki, Pentaqon ordunun 2013-cü ilin ortalarında Əfqanıstanı tərk edəcəyini açıqlayıb.

Qeyd edək ki, NATO ilə Kabil arasındakı razılaşmaya əsasən, alyans qoşunları 2014-cü ilədək Əfqanıstanda qalmalıdır. 

Pentaqon rəhbəri Panetta bildirib ki, artıq NATO rəhbərliyi 2013-cü ilin ortalarında Əfqanıstanı tərk etmək haqda qərar qəbul edib. 

Vaşinqton Post isə yazır ki, ABŞ-ın NATO-dakı səfiri Eyvo Dalder ötən ay Vaşinqtonda mətbuat konfrasında deyib: "Öz hərbi büdcəsindəki boşluqları doldurmaq üçün Amerikadan kömək gözləyənlər bilsin ki, həmin dövr başa çatıb."


Story Code: 134956

News Link :
https://www.islamtimes.org/az/news/134956/abş-əfqanıstandan-da-çıxır

Islam Times
  https://www.islamtimes.org