0
Friday 3 February 2012 - 16:40

Türkiyə 5 PKK terrorçusu öldürüldü

Story Code : 135142
Türkiyə - PKK - terrorçu
Türkiyə - PKK - terrorçu
“Hürriyət” qəzetinin verdiyi məlumata görə, Türkiyə polisi Batmanın Kozluq rayonunda dağlıq ərazidəki bir mağarada terrorçuların olduğunu üzə çıxarıb.
Mağara mühasirəyə alınıb və terrorçulara təslim olmaq təklif edilib. Ancaq terrorçular atəş açmağa başlayıblar. Atışma zamanı 5 terrorçu öldürülüb. Atışma davam edir. Bölgəyə xüsusi təyinatlılar gətirilib. Öldürülən terrorçuların sayının artacağı istisna edilmir. /Lent.az/

Comment