0
Saturday 4 February 2012 - 09:41

Bəhreyndə Ali Xəlifə rejimi tərəfindən xalqın repressiyası davam edir

Story Code : 135294
Bəhreyn - Ali Xəlifə - Xalq
Bəhreyn - Ali Xəlifə - Xalq
Bəhreyn xalqı dünən (2 fevral) siyasi qrupların dəvəti ilə Manamanın qərbində yerləşən Cəbələ Həbəşi adlı məntəqədə aksiya keçirərək Ali Xəlifə rejiminin hakimiyyətdən kənarlaşdırılmasını tələb edib. Onlar bu dəfə də keçən dəfələrdə olduğu kimi Bəhreyn xalqın Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri və işğalçı Ali Səud hərbçilərinin hücumları ilə üzləşib.

Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri ilə Ali Səud rejiminin işğalçıları dünən gecə Manamanı mühasirə etdikdən sonra bəhreynlilərin dinc aksiyalarına hücum edərək zəhərli qazlarla aksiya iştirakçılarını dağıtmağaçalışıb. Onlar həmçinin Babəl Bəhreyn məntəqəsinin yaxınlığında işıqları söndürüb, mağazaları bağlayıblar.

Aksiya iştirakçıları özlərinin qanuni hüquqlarını qazanana qədər aksiyalarını davam etdirəcəklərini vurğulayaraq " zəncirlər və bağlar qırılmalıdır " şüarları veriblər.
Comment