QR CodeQR Code

İRAQDA 4 İLLİK MÜHARİBƏ ZAMANI 300 MƏSCİD, 41 KİLSƏ DAĞIDILIB

Dəyərlər AİN , 21 Oct 2009 09:06

2004-cü ildə ABŞ-ın İraqa təcavüzünün başlamasından yarım il sonradan 2008-ci ilə qədər bu ölkədə 300-dən çox məscid və 41 kilsə hücumlara məruz qalıb.


Bu barədə İraqın İnsan haqları üzrə Nazirliyinin rəsmi hesabatında deyilir.

Ümumilikdə bu dövr ərzində 85 mindən çox insan həyatını itirib, 147 mindən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Dünyasını dəyişən iraqlılar içərisində 269 jurnalist, 263 alim və 21 hakim olub.

İraqa ABŞ-ın təcavüzü 2003-cü ilin mart ayından başlayıb. Lakin bu dövrün rəqəmləri qeydiyyata alınmayıb. Hakimiyyət nümayəndələri bildirirlər ki, dünyasını dəyişənlərin sayı rəsmi saydan xeyli çoxdur.


Story Code: 13533

News Link :
https://www.islamtimes.org/az/news/13533/iraqda-4-illik-müharibə-zamani-300-məscid-41-kilsə-dağidilib

Islam Times
  https://www.islamtimes.org