QR CodeQR Code

Avropada soyuqdan ölənlərin sayı 200-ə çatır

5 Feb 2012 16:30

Avropa İrana yönəlmiş sanksiyaları yay fəslində tətbiq etməklə şiddətli soyuqları arxada qoymaq niyyətindədir. Onların bu hiyləsi baş tutacaqmı?


Avropada şiddətli soyuqlardan ölənlərin sayı 200-ə yaxınlaşır. Ukraynada son bir gündə 38 nəfər həlak olub. Beləliklə bu ölkədə soyuqdan ölənlərin sayı 100-ü keçib. Odessa sahillərində Qara dəniz donub.

Türkiyənin Kahramanmaraş bölgəsində 8 yaşlı uşaq evdə donaraq həlak olub.

Rumıniyada 4 aylıq körpə soyuqdan donaraq ölüb. Bununla da bu ölkədə soyuğun qurbanlarının sayı 24-ə çatıb. Dunay çayının Rumıniyadan keçən hissəsinin 80%-i donub.

Polşada ölənlərin sayı 30-u, Bolqarıstanda isə 10-u keçib.

Albaniya və Fransadan ilk soyuqdan ölənlər barədə məlumat gəlib.

İtaliyada soyuq 7 nəfərin həyatına son qoyub.

Hollandiyanın Rotterdam şəhərindəki Avropanın ən böyük limanına soyuq səbəbilə gəmilər daxil ola bilmir.

Aralıq dənizindəki limanları açmaq üçün buzqıran gəmilərdən istifadə olunmağa başlayıb.

Meteoroloji qurumlar Avropada şiddətli soyuqların gələn həftənin əvvəlinədək sürəcəyini bildirib. Soyuq havanın Sibirdən qaynaqlandığı vurğulanır. /apa/


Story Code: 135607

News Link :
https://www.islamtimes.org/az/news/135607/avropada-soyuqdan-ölənlərin-sayı-200-ə-çatır

Islam Times
  https://www.islamtimes.org