0
Monday 6 February 2012 - 15:41

Təhlükəsizlik Şurasında nə baş verdi?

Story Code : 135696
Təhlükəsizlik Şurasında nə baş verdi?
Təhlükəsizlik Şurasında nə baş verdi?

“IslamTimes” xəbər verir ki, Suriyaya qarşı kampaniya xarakterli qətnamənin Çin və Rusiya tərəfindən əngəllənməsi Ərəb-Qərb birliyini məyus etdi. Bir həftə öncə ABŞ, Britaniya və Fransa Suriyaya qarşı qətnamə layihəsini təqdim edəndə Rusiya belə bir qətnamənin Moskva tərəfindən məqbul sayılmadığını bildirdi.

Rusiya xarici işlər naziri Sergey Lavrov Amerikanın nəzərinə çatdırdı ki, Rusiya və Çinin rəyi nəzərə alınmadan qətnamə hazırlanması rüsvayçılıqdır. Lavrov qeyd etdi ki, Amerika yeni bir rüsvayçılıq istəyirsə qətnaməni müzakirəyə çıxarsın.

Fevralın 4-də layihə müzakirəyə çıxarıldı, Rusiya və Çin

Suriyaya qarşı bu qətnaməyə veto qoydu. Rusiya və Çinin vetoları qayçının iki ağzı kimi yaranmış Ərəb-Qərb birliyini qayçıladı. Bu birlik ABŞ, Fransa, Britaniya, Mərakeş, Bəhreyn, Ərəbistan, Qətər, Küveyt, İordaniya, Liviya, Oman və BƏƏ-dən formalaşmışdı.

Təhlükəsizlik Şurasında başqa qruplaşmalar da vardı. Portuqaliya, Toqo, Türkiyə, Qərb-Ərəb cəbhəsində, Cənubi Afrika, Pakistan, Azərbaycan Rusiya-Çin cəbhəsində mövqe tutmuşdu. Amma Hindistan qətnaməyə səs vermişdi.

Rəy vermədən bir saat öncə Sergey Lavrov ABŞ xarici işlər naziri Klintonla görüşüb. Klinton bu görüşdə Rusiyanı razı sala bilməyib. Təhlükəsizlik Şurası
üzvlərinə ikinci şoku Çin yaşatdı. İclasdan öncə Çinin səs verəcəyi bildirilsə də, Çin nümayəndəsi Rusiya nümayəndəsi ilə eyni vaxtda əlini qaldırdı.

Hindistan nümayəndəsi də Suriyaya qarşı təzyiqlərə mənfi münasibət bildirdi. Hindistan ərəb ölkələrini cəbhələşməyə getməməyə çağırdı. Hindistan nümayəndəsi Ərəb nümayəndələrini Suriyaya qayıtmağa dəvət etdi.

Cənubi Afrika nümayəndəsi də Rusiya və Çini dəstəkləyib Suriyaya müdaxiləyə qarşı çıxdı. O Suriyada islahatları faydalı sayaraq elan etdi ki, problem beynəlxalq hüquq əsasında siyasi yolla həll edilməlidir. Rusiya və Çinin vetosu
ABŞ-ın TŞ-dakı nümayəndəsi Süzan Raysı özündən elə çıxardı ki, Rays qeyri-diplomatik ifadələr işlədərək dedi: “Çin və Rusiyanın vetosu ürəkbulandırıcıdır.”

Növbə Suriyanın nümayəndəsi Bəşar əl Cəfəriyə çatanda o Rusiya və Çinə təşəkkür edib ABŞ nümayəndəsinə üz tutaraq dedi: “Mən Təhlükəsizlik Şurasının rəyinə hörmət edirəm. Amma sualım budur ki, ABŞ-ın işğalçı İsrailin xeyrinə, Fələstinin ziddinə 60 vetosu da ürəyinizi bulandırır?!”

Qətnamə mətni noyabrdakı layihədən mülayim olsa da rədd edildi. Ərəb birliyi bu layihədə Bəşar Əsədin hakimiyyəti birinci müavininə
təhvil verməsini tələb edirdi. Rusiya nümayəndəsi isə layihədə Moskvanın rəyinin nəzərə alınmamasını saymamazlıq kimi dəyərləndirdi. Fransa və Amerikanın himayəsi ilə layihəni hazırlamış Mərakeş nümayəndəsi təəssüflə bildirdi: “Biz bu layihəni hazırlamaq üçün çox zəhmət çəkmişdik.” Fransa nümayəndəsi mövzuya münasibət bildirərək deyib ki, bu gün çox hüznlü bir gündür. Britaniya nümayəndəsi Rusiya və Çini tənqid edib və onları məsuliyyətsizlikdə günahlandırıb. O deyib ki, veto bu işi əngəlləsə də layihə yenidən TŞ-da müzakirəyə çıxarılacaq.

Rusiya nümayəndəsi Vitali
Çurkin TŞ-nın nüfuzlu üzvlərini Suriyaya müdaxilədən çəkinməyə çağırıb və problemin siyasi həllini istəyib. Çurkin Rusiyanın islahatlarının nəzərə alınmamasını təəssüfləndirici hal kimi dəyərləndirib.

Çinin nümayəndəsi Suriyada vuruşan tərəfləri danışıqlara dəvət edib. O deyib ki, Çin tərəfi Suriyadakı vəziyyəti dərindən təhlil edib və bu problemin siyasi yolla həllini mümkün sayır.

İclasın sonunda ABŞ və müttəfiqlərinin əlaltısı rolunu oynayan ərəb nümayəndələri bildiriblər ki, Rusiya və Çin veto qoysa da ərəblərin fikri qətidir və gec-tez bu məsələ onların istədiyi kimi həll olunacaq.

Comment