0
Monday 6 February 2012 - 20:39

Heydər Əliyev Dağlıq Qarabağın müstəqilliyini tanıyıb?

Story Code : 135878
Heydər Əliyev Dağlıq Qarabağın müstəqilliyini tanıyıb?
Heydər Əliyev Dağlıq Qarabağın müstəqilliyini tanıyıb?
Bu sənəd gerçəkdirsə ermənilərin əlinə necə keçib?

Bu videosüjet Azərbaycan ictimaiyyətinə tanış deyil. Burada göstərilən və söylənilən fakta münasibət bildirmək isə ilk növbədə Azərbaycan rəsmilərinin işidir. Ermənistanın Xarici İşlər nazirinin müavini iddia edir ki, Heydər Əliyev Dağlıq Qarabağın müstəqilliyini tanıyıb. Bunun ardınca, Moskvada "Dağlıq Qarabağ Respublikası"nın prezidenti Robert Koçaryanla rəsmi görüşü olub. Dediklərinə sübut kimi isə rəsmi sənəd nümayiş etdirib. Sənəddə Heydər Əliyevin imzası görünür. Ermənni nazir müavininin dediklərinə və göstərdiyi sənədə Azərbaycan tərəfdən münasibət bildirilməyib. Amma münasibət bildirilməlidir. Əgər bu sənəd gerçəkdirsə və ordakı imza Heydər Əliyevə məxsusdursa, sənədin hüquqi anlamı nədir? Bu sənəd ermənilərin əlinə necə keçib? Prezident Aparatından və başqa dövlət orqanlarından Ermənistan tərəfə bu cür sənədlərin ötürülməsi indi də davam edir, ya yox?

Nəhayət, günün birində bu hakimiyyət Dağlıq Qarabağla bağlı danışıqlarda Heydər Əliyevin bu videoda göstərilən manerasını təkrar edə bilərmi? Bunun olmayacağına hansısa təminatlar varmı?

Nəhayət, günün birində bu hakimiyyət Dağlıq Qarabağla bağlı danışıqlarda Heydər Əliyevin bu videoda göstərilən manerasını təkrar edə bilərmi? Bunun olmayacağına hansısa təminatlar varmı?
Source : azadlıq
Comment