QR CodeQR Code

“Gey-parada icazə verən özü də onlardandır!”

7 Feb 2012 13:36

IslamTimes - Tibb elmləri namizədi Rəşid Mahmudovun sonuncu çıxışı sosial şəbəkələrdə müzakirə obyektinə çevrildi.


“Dünya” İnformasiya Agentliyi redaksiyasını məlumatlandıran telekanalların birindəki mənbə iddia edir ki, artıq onun çalışdığı kanalın rəhbərliyinə Rəşid Mahmudovla bağlı xəbərdarlıq edilib. Mənbəmiz bildirir ki, kanal rəhbərliyinə qəti surətdə tapşırılıb ki, tanınmış alim, ziyalıya canlı efir ümumiyyətlə qadağan edilsin. Onu da qeyd edək ki, həmin qadağaların bütün telekanallara aid olduğu bildirilir. Rəşid Mahmudovun «bu gey-parada icazə verən hökumətin özü də onlardandır» kəlməsini işlətdiyi ANS kanalında da tanınmış ziyalıya efir qadağasının qoyulduğu söylənilir.
Onu da bildirək ki, ATV kanalında yaımlanan və Xoşqədəm Hidayətqızının müəlliflik etdiyi «Sən tək deyilsən» tok-şousunun qonaqları sırasında Rəşid Mahmudovun olması da sözügedən verilişin müəlliflərinə başağrısı yaradıb. Bu barədə danışan mənbəmiz bildirir ki, telekanal rəhbərliyindən Rəşid Mahmudovla bağlı kadrların yığışdırılması tələb edilib və ATV-dən belə bir izahat gəlib ki, Rəşid Mahmudov xeyli əvvəldən çəkilişdə olub. (pia)


Story Code: 136051

News Link :
https://www.islamtimes.org/az/news/136051/gey-parada-icazə-verən-özü-də-onlardandır

Islam Times
  https://www.islamtimes.org