0
Tuesday 7 February 2012 - 23:37

Bəşər Əsədi ittiham edən insan! Əfqanıstan, Bəhreyn və Yəməndən niyə danışmırsan?

Story Code : 136171
Əfqanıstan - Bəhreyn - Yəmən
Əfqanıstan - Bəhreyn - Yəmən
BMT Əfqanıstan haqda hesabat yayıb. Hesabatda bildirilir ki, Koalisiya qüvvələrinin 2011-ci ildə Əfqanıstanda apardıqları müharibə zamanı, Nato, ABŞ və digər Koalisiya qüvvələrinin qətlə yetirdikləri dinc əhalinin sayı rəsmi bildirişə əsasən 3021 nəfərə çatıb. Amma bu rəsmi bildirişdir. Qeyri rəsmi isə bundan daha çox olduğu bildirilir. 2009-cu ildə 2412 nəfər, 2010-cu ildə 2790 nəfər 2011-ci ildə isə artıq 3021 nəfərə qalxıb. Qətlə yetirilən dinc əhalinin arasında sözsüz ki, körpə və qadınlar da vardır.

Amma nədənsə BMT və digərləri Bəhreyn və Yəməndən söz açmırlar. Sanki orada qətlə yetirilənlər nəin ki, müsəlman heç insan belə deyirlər. Təəssüflər olsun ki, Azərbaycanda ki, dırnaqarası politoloqlar da elə hey Suriyadan söz açırlar. Ya bu proqramlaşdırılmış bir mövzudur, yada ki, bir Allah bilir nə məsələdir. Bir sözlə ALLAH müsəlmanları fitnəkarların fitnəsindən zalımların şərrindən amanda saxlasın. /AzadXeber/
Comment