QR CodeQR Code

Rusiyalı məhbuslar İslama axışır

7 Feb 2012 23:39

IslamTimes - Rusiyanın Saratov şəhərindəki 10 saylı islah-əmək düşərgəsində İslamın əsasları və ərəb dilini öyrənmək istəyənlərin sayı fasiləsiz artır.


Düşərgədəki 10 saylı axşam məktəbinin direktoru Bulat Karimbayevin dediyinə görə, fakultətiv qaydada ərəb dilini öyrənmək istəyən məhbusların sayı artıq 40 nəfərə çatıb.

"Eyni zamanda, xristian və buddist olan məhbuslar arasında İslamı qəbul etmək istəyənlərin sayı sürətlə artır. Buna görə də zöhr namazına ayrılmış vaxtda müsəlman məhbuslar İslamla bağlı bildiklərini müsəlman olmayanlara öyrədirlər. Ərəb dilini bilmək isə məhbuslara Qurani-Kərimi oxumaqla yanaşı, müqəddəs kitabı daha yaxşı anlamağa və inşallah, doğru yola düşmələrinə yardım edəcək", - Karimbayev deyib.

Məhbuslara Quran dərslərini Əbdulhacı Abdullayev keçir.

Ümumiyyətlə isə Rusiyadakı həbsxanalar və islah-əmək müəssisələrində İslamı qəbul edən məhbusların sayı ötən il 11200 nəfər olmuşdu.


Story Code: 136172

News Link :
https://www.islamtimes.org/az/news/136172/rusiyalı-məhbuslar-islama-axışır

Islam Times
  https://www.islamtimes.org